Sağlamlıq

Qocalmanı gecikdirən, qırışları yox edən... MÖCÜZƏVİ YAĞ

16 İyun 2017 21:12
7 Şərh     Baxış: 4 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.  

Milli.Az lent.az-a istinadən bildirir ki, hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.

Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Ailem.az arqan yağının faydalarını sadalayır:
 
- Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır.
 
- Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.
 
- Revmatizm ağrılarını götürür.
 
- Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.
 
- Döş sallanmasını və boyun qırışlarını yox edir.
 
- Saçları nəmləndirir.
 
- Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.
 
- Yaraların tez sağalmasına kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.