Sağlamlıq

Bunu bilsəniz, elektron siqaret çəkməzsiz

19 İyun 2017 07:00
0 Şərh     Baxış: 2 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron siqaretlərin buxarı yaraların sağalmasını ləngidir.

Milli.Az xəbər verir ki, xüsusən də xora və ağız yaralarının sağalıb birləşməsi çətinləşir. Nyu-Yorkun Roçester Universitetinin araşdırmaçıları bildirirlər ki, elektron siqaretin tərkibində olan kimyəvi maddələr orqanizmin özünübərpasına mənfi təsir göstərir.

Alimlər bunu ağız və mədə xoraları yarası olan xəstələri müşahidə edərkən üzə çıxarıblar. Yaraları gec sağalan və ya ümumiyyətlə, sağalmayan xəstələrin elektron siqaretdən istifadə etdiyi məlum olub. Halbuki elektron siqaret bütün dünyada ənənəvi siqaretin daha ziyansız alternativi kimi təklif olunur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.