Sağlamlıq

Çiyələk saplağından MÜALİCƏVİ ÇAY - FAYDALARI

19 May 2017 21:57
1 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çiyələk saplağı çox qiymətli müalicəvi məhsuldur. Onun tərkibində bir çox vitaminlər, bioflavonoidlər, minerallar var.

Bu səbəbdən çiyələk saplağını tullamağa tələsməyin - qurudun və saxlayın.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, çiyələk saplağından hazırlanmış çay çox faydalıdır. Soyuq fəsillərdə belə çay iltihabəleyhinə və immun sistemini möhkəmləndirən təbii vasitə kimi istifadə etmək olar.

Bu çay həmçinin gözəl sakitləşdirici vasitədir, stressi azaldır, əhvalı yaxşılaşdırır.
Çiyələk saplağından hazırlanmış çay qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır, böyrəkləri təmizləyir.
Çiyələk saplaqlarını kölgədə qurudun və şüşə bankada saxlayın. Çay hazırlamaq üçün 1 x.q. saplaq 1 stəkan isti suda 30 dəqiqə dəmlənilir, süzülür və gündə 2 dəfə yarım stəkan olmaqla içilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.