Sağlamlıq

Çuğundur haqqında bunu bilirdiniz?

21 Aprel 2017 08:29
0 Şərh     Baxış: 3 398

İdmanla məşğul olmazdan əvvəl çuğundur şirəsi içmək beyni gəncləşdirir və onun işini yaxşılaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, alimlər 55 yaşdan yuxarı 26 nəfər arasında aparılan təcrübədən sonra bu qənaətə gəlib.

Məlum olub ki, vitamin və müxtəlif qidalandırıcılardan başqa, çuğundur şirəsinin tərkibində böyük miqdarda nitratlar, azot birləşmələri var. Bunların orqanizmə düşməsi qan damarlarının daralması və genişlənməsini idarə edən molekulların yaranmasını intensivləşdirir.

Alimlər müəyyən edib ki, çuğundur şirəsinin bu xüsusiyyətləri insanlara dağlıq ərazilərdə oksigen çatışmazlığının öhdəsindən gəlməyə kömək edir və hipertoniyadan əziyyət çəkənlərin əhvalını yaxşılaşdırır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.