Sağlamlıq

Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın! - VİDEO

20 Mart 2017 21:16
2 Şərh     Baxış: 2 777

Növbənöv şirniyyatlar, ləziz yeməklər... Bayram süfrələrini bəzəyən təamlar damağımızı dadlandırsa da, sağlamlığımıza mənfi təsir göstərə bilər. Təbii ki, doğru qəbul edilmədikdə.

Mütəxəssislər deyirlər ki, bayrama bir neçə gün qalmışdan rejimlə qidalanmaq lazımdır ki, maddələr mübadiləsi sürətlənsin və orqanizm bayram günləri qəbul edəcəyi bol kaloriyə hazır olsun.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sulardan içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, həzmi rahatlaşdıracaq göyərti və ağartı məhsulları da mütləq olmalıdır. Ağır yeməklərdən əvvəl belə yüngül qidalar və salatlar yeyilməlidir.

Novruz şirniyyatlarını da yeyərkən 2 dəfə düşünmək lazımdır. Düzgün qidalanmamaq mədə-bağırsaq xəstəliklərinə səbəb olmaqla yanağı, bir sıra fəsadlara da gətirib çıxara bilir.

Bayram yeməklərindən sonra çay süfrəsində də qara çay yox, yaşıl çay içməyə üstünlük verməlisiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Novruzda mədəyə verilən

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 20 Mart 22:1632

    Bu gun men mədəmin evin ele qeseng yixdim nece lazimdi, qatdim qarisdirdim,Mədəm sozun esl menasinda ''bayram'' edir özuycun,Sabahda qonaq gedecem Allah qoysa.Sabahda mədəm ''toy'' edecek ozuycun.

    Cavab yaz
  • Anonim
    · 20 Mart 22:5941

    Medeye istirahet vermek onemlidi.Yemekleri birini digerinin ardinca nece yeyirlerse bunu hec anlamadin.Nede olsa insan tamahina guc gelmeyi bacarmalidi.Saglamlig qazanilmir ona gorede qorunulmalidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.