Sağlamlıq

Ürəyin və sinir sisteminin sağlamlığı üçün İYDƏ yeyin

17 Mart 2017 23:18
3 Şərh     Baxış: 2 714

İydə çox faydalı və müalicəvi giləmeyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu.

Belə ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.

İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.

İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

İydəni təzə halda yemək və həmçinin mürəbbə, cem, kompot hazırlamaq olar. Bəzi ölkələrdə iydəni qurudub un hazırlayırlar və daha sonra bu undan müxtəlif şirniyyatlar bişirirlər.

İydədən hazırlanmış dəmləmə tənəffüs sisteminə çox müsbət təsir edir, nəfəs yollarını təmizləyir.

Babasil zamanı iydənin yarpaqlarından və qabığından hazırlanmış dəmləmə oturaq vannaları üçün istifadə olunur. Belə vannalar genişlənmiş babasil düyünlərindən qanaxmanı azaldır və hamçinin ağrıları sakitləşdirir.

Büzücü təsirə malik olan bu dəmləmə həmçinin ishal zamanı da istifadə olunur.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    / · 18 Mart 00:0320

    bayrama yaxin quru meyvelerin reklami beh beh onsuzda en ucuzu ele iydedi

    Cavab yaz
  • Anonim
    mehri · 18 Mart 15:4800

    heqiq iyde satana serf edir bu reklam

    Cavab yaz
  • Anonim
    aysen · 18 Mart 16:5800

    murebbe kampot?ilk defedi esidirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.