Sağlamlıq

Azot gübrələri bəşəriyyəti təhdid edir

8 Fevral 2014 17:26
0 Şərh     Baxış: 5 583
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Torpağın və suyun tərkibində azotun miqdarının artmasının insanları sağlamlığı və ətraf mühütin təmizliyi baxımından mənfi təsirləri olduğu artıq təsdiq olunub. Torpaqda azotun izafi miqdarı bitki toxumalarında nitrat şəklində toplanır. Bu isə insan və heyvanın sağlamlığı baxımından təhlükəlidir. Tərkibində yüksək miqdarda nitrat olan sular uşaqlarda həyat üçün təhlükəli olan xəstəliyə səbəb ola bilir. Torpaqların azot gübrələri ilə yüksək dozada gübrələndiyi yerlərdə həm yerüstü, həm də yeraltı sular ciddi şəkildə nitrat və nitritlərlə kirlənir.Azot gübrələrinin zərərli təsirlərindən biri də onun torpaqda turşuluq dərəcəsini artırması, bununla da mikroelementlərin daha sürətlə əriməsini təmin etməklə içməli sularda ağır metalların miqdarının artmasına səbəb olmasıdır. XIX əsrdə artıq əkinçilikdə azotun rolu haqqında müfəssəl məlumatlar əldə olunmuşdu. Kalim və fosforun da əkinçilikdə vazkeçilməz elementlər olduğu təsdiqlənmişdi. Torpağın kalium və fosforla zənginləşdirməsi elə də çətinlik törətmirdi. Çünki Yer qabığında bu maddələrin kifayət qədər birləşmələri var idi. Amma bunu azot barədə demək olmazdı. Buna görə də, bitkilərin azota olan ehtiyacını təmin etmək üçün süni yolla azot gübrələri istehsal etmək qərara alındı. 1918-ci ildə alman kimyaçısı Frits Xaber atmosferdəki azot və hidrogendən ammonyak aldı. Bundan sonra o, həmyerlisi Karl Boşla birlikdə azot gübrəsi istehsal edəcək mexanizm qurdu. Bu mexanizim hələ də tətbiq edilməkdədir. 1950-ci illərdə dünyada 10 milyon ton süni azot gübrəsindən istifadə olunurdusa, 1980-ci ildə bu rəqəm 100 milyona çatdı. Hazırda isə dünyada 200 milyon tona qədər azot gübrəsindən istifadə olunduğu bildirilir.

Bəs 60-70 il ərzində azot gübrəsindən istifadənin 20 dəfə artması nə ilə əlaqədardır? Professor Harun Avcı bildirir ki, bu sualın cavabını hələ 1997-ci ildə Kanadanın Manitoba Universitetinin professoru Vaslav Smill "Qlobal çirklənmə və azot istehsalı" məqaləsində verib. Smill araşdırmalarının nəticəsində belə bir qənaətə gəlib ki, Avropada və Şimali Amerikada istehsal olunan azot gübrələri təkcə qida çatışmazlığını aradan qaldırmaq üçün sərf olunmur. Onun fikrincə, inkişaf etmiş ölkələrdə azot gübrələri ətlik heyvanları yüksək züllalı qidalara təmin edən bitkilərin yetişdirilməsində istifadə olunur. Smill bildirir ki, Avropa və Şimali Amerikada istehlak olunan zülalın miqdarı yarıya endirilsə və əhali ət yeməklərini 2 dəfəyə qədər azaltsa belə, bu bölgədə qidalanma yenə yüksək səviyyədə qalar. Alimin bu qənaətindən də göründüyü kimi, azot gübrələrinin həddindən artıq istehsal edilməsi dünyada aclığın qarşısını almaq məsuliyyətindən deyil, bir ovuc israfçı adamın həddən artıq qidalanma və hədsiz qazanmaq arzusundan doğur. 

Artıq azotun zərərləri

Torpağın və suyun tərkibində azotun miqdarının artmasının insanları sağlamlığı və ətraf mühütin təmizliyi baxımından mənfi təsirləri olduğu artıq təsdiq olunub. Torpaqda azotun izafi miqdarı bitki toxumalarında nitrat şəklində toplanır. Bu isə insan və heyvanın sağlamlığı baxımından təhlükəlidir. Tərkibində yüksək miqdarda nitrat olan sular uşaqlarda həyat üçün təhlükəli olan xəstəliyə səbəb ola bilir. Torpaqların azot gübrələri ilə yüksək dozada gübrələndiyi yerlərdə həm yerüstü, həm də yeraltı sular ciddi şəkildə nitrat və nitritlərlə kirlənir.

Göl və dənizlərə axan izafi azot burada bakteriyaların və mavi-yaşıl yosunların sürətlə inkişaf etməsinə şərait yaradır ki, bu da suyun tərkibindəki oksigeni "yeyir". Oksigenin azalması isə dənizdəki canlıların, əsasən balıqların ölmünə, hətta kökünün kəsilməsinə səbəb ola bilir. Son illər Azərbaycan bazarlarına daxil olan ekoloji cəhətdən təmiz olmayan bostan bitkiləri, Xəzər dənizinin belə çirklənməyə məruz qala biləcəyindən xəbər verir. Ölkənin Kür ətrafı bölgələrində yetişdirilən qarpızdan zəhərlənmələrin çoxalması göstərir ki, bu ərazilərdə izafi azot gübrələri toplanır və onlar yağış suları vasitəsi Kürə, oradan da Xəzərə axır. (Kür çayının Gürcüstan ərazisində də ciddi çirklənməyə məruz qalır). Xəzər dənizində ekoloji çirklənmənin qarşısını almaq üçün Xəzərətrafı ölkələrdə "sos" siqnalı hələ 1992-ci ildə verilsə də, bunun müsbət nəticələri o qədər də hiss olunmur. Ekologiya və Təbii Sərvətlər nazirliyinin verdiyi məlumata görə, hər il Xəzər dənizinə 40-45 kvadratkilometr çirkab daxil olur. Təəssüf bunun nə qədər hissəsinin azot gübrələri hesabına düşdüyünü dəqiqləşdirmək mümkün deyil. Hər halda dənizin çirklənməsində Kür çayının önəmli rol oynadığı nazirliyin hesabatlarında yer alır. Doğrudur, neft tullantılarının verdiyi zərər azot gübrələrinin zərəri ilə müqayisə olunmaz. Amma nəzərə almaq lazımdır ki, Xəzər dünyada nərə balıq ehtiyatlarının 95 faizinə sahibdir və azot gübrələri nitratlara çevrilərək məhz balıqların vücudunda toplanır. Bu da balıq əti ilə yanaşı, həm də dünyada çox qiymətli qida hesab edilən qara kürünün gələcək taleyini sual altında qoyur. Əgər bu gün bu problemin qarşısını almaq üçün hərəkətə başlanmasa, sabah artıq gec ola bilər.

Azot gübrələrinin zərərli təsirlərindən biri də onun torpaqda turşuluq dərəcəsini artırması, bununla da mikroelementlərin daha sürətlə əriməsini təmin etməklə içməli sularda ağır metalların miqdarının artmasına səbəb olmasıdır.

İzafi azot təkcə torpağın və suyun keyfiyyətini aşağı salmaqla kifayətlənmir, eyni zamanda atmosferə daha çox azot oksidləri göndərilməsinə səbəb olur. Bunun isə iki zərərli təsiri var:

- Birincisi, azotoksid stratosferdə ozon təbəqəsinin dəlinməsinə yardımçı olur,

- İkincis, troposferdə istixana effekti formalaşdırır.

Bir azotoksidi molekulu bir karbondioksid molukulundan 200 dəfə çox radioaktiv xassəyə malikdir. Nəzərə alsaq ki, bir azotoksidin ömrü 100 ildən artıqdır, onda onun buraxdığı radiasiyanın vurduğu ziyan haqqında danışmaq belə artıqdır.

Onu da qeyd edək ki, atmosferdə azotoksid molekulunun artması qlobol iqlim dəyişikliyində mühüm rol oynayan hadisələrdən biridir.

 

Azot gübrələri haqda söhbətimizi yekunlaşdıraraq aşağıdakı qənatə gəlmək olar.

Dünya azot gübrələrinin faydalarına elə aludə oldu ki, onun ətraf mühitə vurduğu ziyanı, iqlim dəyişikliyinə göstərdiyi təsiri hesablamağa imkan tapmadı. Hazırda azot gübrələrinin faydalarından çox onun zərərlərinin təsiri altına düşmüşük. İndi bu zərərlərdən qurtarmağın yolları aranmalıdır.

Azot gübrələrinin zərərli təsirlərini önləmək üçün müxtəlif yollar mövcuddur. Bunlardan ən sadəsi kənd təsərrüfatı məhsullarının istehsalında əski üsullara qayıtmaq, sini gübrələrin istifadəsini məhdudlaşdırmaqdan ibarətdir. İkincisi isə israfın qarşısının alınması ilə bağlıdır. Yəni həddindən artıq qidalanmaya meyilli olan zəngin adamlar yemək rejimlərini səhmana salmalıdır. Bu, problem bəlkə də, ilk baxışda kiçik görünə bilər. Lakin araşdırmalar göstərir ki, yüksək zülallı qidaların hazırlanması üçün lazım olan azot gübrələrinin istehsalı təbiətə lazım olan miqdarı aşır və bu da ekoloji fəlakətlərə səbəb ola bilir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.