Sağlamlıq

Dünyanın ən qəribə xəstələri və xəstəlikləri

1 Oktyabr 2013 14:16
0 Şərh     Baxış: 1 605

Biri öldüyünə inanır, o biri fil kimi böyüyür, bir başqası yaşlaşdıqca uşaqlaşır...

Son illərin geniş yayılmış halıdır. İki insan uzun müddətdir görüşmürlərsə, ilk görüşdə yada daha çox xəstəliklər düşür. Hər iki tərəf daha çox özünün xəstəliyindən bəhs etməyə üstünlük verir. Baş ağrısından başlamış, ürək, təzyiq, şəkər, ayaq... ağrılarına qədər müzakirələr davam edir. Və hər kəsin bu xəstəliklərlə bağlı minimal da olsa, məlumatı olur.
Amma məlumatımız olmayan, qəribə, nadir xəstəliklər də tibb elmində geniş yayılıb. Budəfəki sayımızda sizi həmin xəstəliklərlə tanış edəcəyik. Maraqlıdır ki, hər il bu xəstəliklərin siyahısı genişlənir. Məsələn, keçən il tibbə məlum olmayan xəstəliklər bu il siyahıya daxil olur. Ya da 10 il əvvəl mövcud olan qəribə xəstəliklər artıq siyahıda yoxdur.

Başlayaq fil xəstəliyindən. Tibdə elefantiyazis adlanan xəstəliyin açması "kobudca genişlənən üzvlər"dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. Əslindəsə fil xəstəliyi, tropik bölgələrdə görülən bir parazit xəstəliyidir. Bu xəstəlik dünya səviyyəsində hələ də 120 milyon insana təsir edir və bunların 40 milyonu bu xəstəliyin ciddi həddinə çatıb. İnfeksiyalı dişi ağcaqanad bir insanı dişlədiyində mikrofilarya deyilən qurd sürfələrini qana sala bilər. Mikrofilarya təkrar-təkrar törəyir və uzun illər boyu yaşaya biləcəyi qan dövranı yoluna yayılır. Sıx görülən xəstəlik əlamətləri infeksiya sonrası illər boyu görünmür. Parazitlər qan damarlarına yerləşdiyi kimi qan dövranını məhdudlaşdıra bilər və ətrafındakı toxumalarda qanın yığılmasına səbəb ola bilər. İnfeksiyanın ən ümumi görülən əlamətləri həddindən artıq dərəcədə böyümüş qollar, qıçlar, genitalya və sinələrdir.

Daha bir xəstəlik isə progeria adlanır. Bu, 80 yaşındakı uşaq sindromu adlanır. Progeriaya bir uşağın genetik şifrəsindəki kiçicik, sadə bir qüsur səbəb ola bilər, amma dağıdıcı və həyatını dəyişdirən nəticələrə gətirib çıxarar.

Orta hesabla bu xəstəliklə doğulan bir uşaq 13 yaşında ölmüş olacaq. Bu şəxslərin bədənləri normal yaşlanma müddətinə görə daha sürətli yaşlanır. Bu müddətdə ümumiyyətlə erkən saç tökülməsi, ürək xəstəliyi də müşahidə edilir. Progeria nadir görülən bir xəstəlikdir və hazırda dünya üzrə bu xəstəliyin 48 nəfər daşıyıcısı var.
Yəqin ki, zaman-zaman xəbərlərdə qurd adam sindromu ilə bağlı xəbərlərə rast gəlirsiz. Bu xəstəliyə tutulan insanlara "qurd insanlar" deyirlər. Onların iti dişləri və pəncələri olur. Meksikada bu xəstəliyin daşıyıcısı olan xeyli insan var. Onların üzləri və bədənlərinin üst hissələri tüklərlə bağlıdır.

Daha bir xəstəlik isə mavi bədən xəstəliyidir. Mavi insanlar olaraq bilinən böyük bir ailə 1960-cı illərə qədər Kentuckydakı Troublesome dərəsi ətrafındakı təpələrdə yaşayıb. Çoxu 80 yaşını keçmiş və mavi bədən xaricində ciddi bir xəstəlik keçirməyiblər. Bu xüsusiyyət nəsildən-nəslə köçürülüb. Bu vəziyyətdəki insanlar mavi, ərik bənövşəyi, mavi, ya da az qala bənövşəyiyə yaxın bədənə sahibdirlər.

Keçək pika xəstəliyinə. Bu da yemək olmayan maddələri yemə impulsudur. Bu insanlar torpaq, kağız, yapışdırıcı və gil kimi yeyilməyən maddələri yeməyə inanılmaz impulsları var. Bunun mineral əskikliyilə əlaqəli olduğu bildirilir. Amma həkimlər xəstəliyin gerçək səbəbini və həllini tapa bilməyiblər.

Vampir xəstəliyi barədə xüsusi danışmağa ehtiyac yoxdur. Çünki bunun günəşdən acı çəkmək olduğunu bilməyənlər azdır. Bu xəstəliyə tutulan insanların bədəninə günəş dəysə, bədənləri dərhal qabarır. Bəzilərinin bədəninə günəş dəyən kimi dəriləri ağrıyır və şişir. Doğrudur, vampir kiminsə qanını içənlərə deyilir. Onlar qan içib tabutlarda yaşamırlar, amma gün işığına qarşı allergiyaları var.

Alisa möcüzələr diyarında sindromu. Belə bir xəstəlik də var. Bu xəstəliyin daşıyıcıları insanları, bədən üzvlərini, heyvanları və heyvan olmayan obyektləri həqiqətən olduqca kiçik hiss edirlər. Ümumiyyətlə uzaqda görülən bir obyekt eyni zamanda yaxında da qəbul edilə bilər. Məsələn, it, bir siçan miqyasında görülə bilər, ya da normal bir avtomobil ölçüyə çəkilmiş kimi görünə bilər.

Blaşko xətləri. Blaşko xətləri olduqca nadir görünür və ilk olaraq 1901-də Alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər.
Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.

Bəzən bu, xəstənin bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər uzanar. Bəzi xəstələr bunu sübut etmək üçün intihar edər. Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında görüldü. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəmişdi. "Gedən cəsəd sindromu" xəstələrinə dərman və beyinə elektrik şokuyla müalicə tətbiq olunur.

Gülməli görünə bilər, amma nadir xəstəliklərdən biri də "sıçrayan fransız narahatlığı" adını daşıyır ki, bu da qəribə reflekslər deməkdir. Xəstəliyin əsas cəhəti xəstələrin gözlənilməyən bir səs-küy, ya da görünüşə görə tez-tez diksinmələridir. Bu, insanın arxasından biri gələndə diksinməsi deyil. Bu nizamsızlığa sahib xəstələr qollarını şiddətlə yelləyir, qışqırıb eyni cümlələri təkrar edirlər. İlk olaraq fransız-kanada mənşəli Maine odunçularında aşkarlanmış xəstəlikdə qəribə reflekslər özünü göstərir.

"Yeni Masavat"
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.