Sağlamlıq

Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı

24 May 2026 04:04
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qastroenteroloqlar qarında şişkinliyi azaltmaq üçün sadə üsulları açıqlayıblar.

Milli.Az xəbər verir ki, əsas səbəblərdən biri kifayət qədər su içməməkdir. Bu halda qidalar bağırsaqda daha gec həzm olunur və qaz yaranması artır.

Mütəxəssislər rasionda meyvə, tərəvəz, paxlalılar və tam taxıl məhsullarına daha çox yer verməyi tövsiyə ediblər. Həmçinin yeməkdən sonra yüngül gəzinti etməyin həzmi sürətləndirdiyi bildirilib.

Həkimlər axşam saatlarında çox yeməməyi, spirtli içkilərdən, yağlı və emal olunmuş qidalardan uzaq durmağı da məsləhət görüblər. Onların fikrincə, keyfiyyətli yuxu və stressin azalması da qarında şişkinliyin azalmasına kömək edir. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.