Sağlamlıq

Tut sirkəsinin möcüzəvi faydaları - 1 qaşıqla...

13 Noyabr 2024 01:01
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlamlığımıza fayda verən bir çox qidalar mövcuddur ki, onlardan biri də tut sirkəsidir. Bu, tut meyvəsinin qıcqırdılması ilə alınan sirkə növüdür. Əsrlər boyu Asiya mətbəxində istifadə edilən bu təbii içki sağlamlığımız üçün vacib qidalardandır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, tut sirkəsi probiotik bakteriyalar ehtiva edərək həzm sisteminin sağlamlığını dəstəkləyir.

Pobiotiklər bağırsaqlarda sağlam bakteriyaların balansını qoruyur və hərəkətini tənzimləyir.

1 çay qaşığı tut sirkəsi içməklə davamlı öskürəkdən xilas olmaq olar. Müxtəlif reseptlərə və ya salatlara tut sirkəsini əlavə etməklə öskürək əleyhinə dərmanlar hazırlamaq mümkündür.

Bu müalicəvi resept qan şəkərini balanslaşdırmağa kömək edərək qəfil artıb-azalmasının qarşısını alır. Buna görə də, tut sirkasinin müntəzəm istehlakı diabetin idarə olunması üçun əlverişli üsuldur.

Tut sirkəsi antioksidantlarla zəngindir. Onlar bədəni infeksiya və xəstəliklərdən qoruyur, immunitet sistemini dəstəkləyir və ümumi sağlamlığı yaxşılaşdırır.

Tut sirkəsi arıqlama prosesində köməkçi rol oynayır - maddələr mübadiləsini sürətləndirir, iştahı tənzimləyir və yağların yandırılmasına mühüm yardım edir.

Sonsuz müalicəvi xüsusiyyətlərə malik olan tut sirkəsi dəri və saç sağlamlığını dəstəkləyən bir sıra vitamin və mineralları ehtiva edir. Sızanaqların əmələ gəlməsinin qarşısını alır, baş dərisini təmizləyir və saçın parlaqlığını artınır.

Tut sirkəsi kalsium, maqnezium və digər minerallarla zəngindir. Bu minerallar sümük sağlamlığını dəstəkləyir, sıxlığını artırır və osteoporoz kimi sümük xəstəlikləri riskini azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.