Gürcüstan

Saakaşvili tibbi yardımdan tam imtina etdi

28 Oktyabr 2021 09:40
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda həbsdə aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibbi yardım və prosedurlardan tamamilə imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı həkim Maksim Perebiynis deyib.

Onun sözlərinə görə, Saakaşvilini müayinə etməsinə icazə verməyiblər, sadəcə şüşə arakəsmədən ünsiyyətə şərait yaradılıb:

"Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Saakaşvilinin mülki xəstəxanaya keçirilməsi ilə bağlı hüquqi yardımdan imtina edərək, onun həbsxana klinikasında yerləşdirilməsində israrlıdır. Belə olan halda Saakaşvili də bildirdi ki, bu gündən tibbi yardımdan imtina edir. O, analiz və tibbi prosedurladan keçməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.