Gürcüstan

Gürcüstanda çökən yaşayış binasında axtarışlar davam etdirilir

8 Oktyabr 2021 20:08
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Batumi şəhərində bir hissəsi çökmüş beşmərtəbəli yaşayış binasının dağıntıları arasında axtarışlar davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı həmin hissədə səkkiz nəfərin olduğu ehtimal edilir. Hələlik üç nəfər xilasedicilərlə təmas qura bilib.

Dağıntılar arasından üç nəfər xilas edilib. Onlar xəstəxanaya yerləşdirilib.

Binanın digər hissələrində yaşayan sakinlər təxliyə olunub.

Hadisə yerinə baş nazir İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelauri baş çəkib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.