Gürcüstan

Saakaşvili Gürcüstanda saxlanıldı

1 Oktyabr 2021 19:58
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.

"Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər".

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi.

M. Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.