Gürcüstan

“Məni baş prokuror qoyun, Saakaşvilini bir həftəyə tutub gətirim” - İrma İnaşvili

12 Fevral 2019 19:49
0 Şərh     Baxış: 1 502

Gürcü xalqı Vahid Milli Hərəkat Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili deyib.

Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır: "Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır? Bizim güc strukturlarımızın hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim "Gürcü Arzusu"na təklifimdir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.