Gürcüstan

Gürcüstanda qızılcaya yoluxanların sayı min nəfəri keçdi

6 İyul 2018 19:42
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda qızılcaya yoluxanların sayı min nəfəri keçib.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Gürcüstan Xəstəliklər və İctimaiyyətin Sağlamlığına Nəzarət üzrə Mərkəzin Yoluxucu xəstəliklər idarəsinin başçısı Xatun Zaxaşvili bildirib.

"Qızılca, əsasən, uşaqlar və yaşı 40-dan yuxarı vətəndaşlar arasında təsbit edilib. Bu, immun sitemi zəif olan və asanlıqla yoluxa bilən iki yaş qrupudur. Körpələrdə 12 ayından sonra ilk peyvənd aparılır. Bir yaşadək qızılcaya qarşı peyvəndin edilməsi məsləhət deyil", - o vurğulayıb.

X.Zaxaşvili deyib ki, gündə 5-10 nəfərin qızılcaya yoluxması təsbit edilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.