Gürcüstan

Tbilisidə etiraz aksiyasında baş nazirin istefası tələb edilir

12 May 2018 17:18
2 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Ağ səs-küy" ictimai hərəkatının təşkil etdiyi aksiya "Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq" şüarı altında baş tutub.

Aksiyaya "Qirçi" Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.   

Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.

Qeyd edək ki, bu gün gecə saatlarında Tbilisidəki "Basiani" və "Gallery" gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.