Gürcüstan

Gürcüstanda dövlət bayraqları endirildi

25 Fevral 2018 11:13
1 Şərh     Baxış: 3 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sovet İşğalı günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.