Gürcüstan

Soydaşımız "xoruzlanan" erməninin kürəyini yerə vurdu - VİDEO - ÖZƏL

25 Sentyabr 2017 15:31
6 Şərh     Baxış: 6 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı ermənilərin kəndində erməninin kürəyini yerə vuraraq onu biabır edib.

Milli.Az xəbər verir ki, hadisə Gürcüstanda Marneuli rayonunda, ermənilərin sıx yaşadığı Şaumyani kəndində baş verib. Bu kənddə hər il dövlət tərəfindən festival keçirilir. Festivalda həm Gürcüstanda ətraf ərazilərdə yaşayanlar, həm də digər yerlərdən gələnlər iştirak edir. Burada müxtəlif məclislərlə yanaşı, əyləncələr, yarışmalar təşkil edilir.

Həmin ərəfədə bir erməni güləş meydanına çıxıb əlini-qolunu ölçə-ölçə qürrələnməyə başlayb və onun qabağına guya heç kim çıxa bilməz deyə qışqırmağa başlayıb. Bu zaman Gürcüstanda yaşayan soydaşlarımızdan Vasif Fərəcov adlı biri düşünmədən köynəyini və ayaqqabılarını soyunaraq, hazırlıqsız olaraq erməni güləşçinin qabağına çıxıb. Cəsarətli soydaşımız heç bir dəqiqə də çəkməmiş xoruzlanan ermənini əks fənddə yaxalayaraq kürəyini yerə çırpıb. Bu hadisədən sonra Vasif Fərəcov soydaşlarımız arasında məşhurlaşaraq böyük hörmət qazanıb.

Əlavə edək ki, Şaumyani kəndinin əhalisinin, demək olar ki, 90 faizi ermənilərdən ibarətdir.

Qeyd edək ki, soydaşımız Vasif Fərəcov Gürcüstanın Marneuli rayonunun Araflı kəndində yaşayır. O, kənd məktəbində həftədə 3-4 gün güləşdən dərs deyir, ümumilikdə isə təsərrüfatla, əkin-biçinlə məşğul olur.

Milli.Az azərbaycanlının ermənini necə yerə çırpmasının qeydə alındığı həmin video kadrları təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:
Soydaşımız ermənilərin kəndində

(Video kadrları Milli.Az-a Gürcüstanda yaşayan soydaşımız Anar Məmişov təqdim edib)

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.