Gürcüstan

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistanı ifşa etdi

8 Sentyabr 2017 14:15
0 Şərh     Baxış: 2 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin "NATO Agile Spirit 2017" təlimləri ilə bağlı iddialarına münasibət bildirib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, nazirliyin bu gün yaydığı xəbərdə bildirilib ki, Ermənistanın Müdafiə Nazirliyi bu ilin iyul ayında təlimlərdə iştirak edəcəyini təsdiqləyib. Ermənistan qabaqcadan razılıq versə də, son anda NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdən imtina edib. 

Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Giorgi Kaçaravaya ermənilərin təlimlərdən boyun qaçırdığını deyib.

Erməni rəsmilər isə təlimdə iştirak etməklə bağlı razılıq verdiklərini sonradan danıblar. 

Bu qərar son anda qəbul olunub, gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.