Sərgilər

"Caspian Power 2016" sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüş yeridir

31 May 2016 14:32
Baxış: 11 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1-4 iyun tarixində Bakı Ekspo Mərkəzində "Caspian Oil&Gas" sərgisi ilə eyni meydançada 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji "Caspian Power 2016" sərgisi keçirilir. "Caspian Power 2016" sərgisi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşdırılmış tədbirdir. "Caspian Power" sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sözügedən sərgi "ITE Group" şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrultmağa müvəffəq olmuşdur. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun böyük britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlanması ilə şərtləndirilir. Bu il "Caspian Power" sərgisində dünyanın 6 ölkəsindən (Azərbaycan, Belarus, Çin, Polşa, Rusiya və Türkiyə) energetika sahəsində texnologiya təchiz edən 30-dan artıq aparıcı şirkət iştirak edir. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, "LED" işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunur.

"Caspian Power 2016" sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.

TƏRƏFDAŞLAR/ TƏŞKİLATÇILAR

Konfrans və Sərgilərin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən "ITE Group" şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən "ITE London", "EUF" (Türkiyə), "GIMA" (Almaniya), ITE (Moskva), ITE (Çin), "ITE Gulf" (Dubay), ITE Polşa və ITE (Malayziya) şirkətləri cəlb olunublar. Artıq 11 ildir ki, "Caspian Oil&Gas" sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülür. "UFI tərəfindən təqdir olunur" nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir. 2016-cı ildə "Iteca Caspian" şirkətinin tərəfdaşları arasında "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi "Premier Tour" şirkətləri, o cümlədən "Sheraton hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "AzExpoMontage" (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.