Sərgilər

Bundestaq üzvü: "Ermənistan Azərbaycanla konstruktiv danışıqlar aparmağa hazır deyil"

17 May 2016 19:55
0 Şərh     Baxış: 9 618

Ermənistan Azərbaycanla konstruktiv danışıqlar aparmağa hazır deyil.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, bunu Almaniya Bundestaqının CDU partiyasından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Karl Georq Vellmann "TV BERLİN" televiziya kanalının "Bundestaqdan" adlı verilişinə verdiyi müsahibədə deyib.

Almaniya-Ukrayna parlamentlərarası dostluq qrupunun sədri, eyni zamanda Almaniya-Rusiya, Almaniya-Belarus və Cənubi Qafqaz üzrə dostluq qruplarının fəal üzvü olduğunu deyən K.G.Vellman Almaniya Federativ Respublikasının keçmiş SSRİ ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında, onların müstəqilliyinin möhkəmlənməsində, regionda sabitliyin davamlı olmasında və keçmiş metropoliyadan asılılığının azalmasında maraqlı olduğunu diqqətə çatdırıb: "Bəzi postsovet ölkələrdə, xüsusilə Azərbaycanda bizim enerji maraqlarımız var. Onlar zəngin neft və qaz ehtiyatlarına malik ölkələrdir. Almaniya karbohidrogenlərin ixracı üzrə dünya lideridir. Bizim böyük həcmli enerji resurslarına tələbatımız var. Yalnız istilik naminə deyil, həmçinin sənayemizin dinamik inkişafı üçün də lazımdır. Məhz bu səbəbə postsovet respublikaları ilə əməkdaşlıq əlaqələrinin konstruktiv məcrada inkişaf etməsi bizim üçün böyük önəm daşıyır".

O bildirib ki, Azərbaycan rəhbərliyi bu məsələyə çox diqqətlə yanaşır: "Azərbaycan əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edir. Müasir Azərbaycan dünyəvi və qədim multikultural ənənələri olan ölkədir. Orada bütün dinlər azaddır. Hətta böyük sayda olan yəhudi icmasının üzvləri azad şəkildə öz dinlərinə etiqad edirlər. Ölkə daxilində sərbəst hərəkət edirlər, karyera artımı üçün heç bir əngəl yoxdur və sahibkarlıqla məşğul olurlar. Bu, ilk növbədə bizim marağımızdadır ki, orada hökm sürən sabit vəziyyət davamlı olsun. Azərbaycanda sabitliyin hökm sürməsi Almaniyaya bu ölkə ilə yaxşı münasibətlər qurmaq üçün yeni imkanlar açır".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mümkün perspektivlərinə toxunan Bundestaq üzvü məlumat verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib: "Beynəlxalq hüquqa əsasən bu, Azərbaycanın bir hissəsidir. Ötən əsrin 90-cı illərində orada baş qaldırmış separatizm hərəkatı hərbi münaqişə ilə nəticələnib, Azərbaycanın 20 faizə yaxın ərazisi Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq ictimaiyyətin bütün səylərinə rəğmən, ən əsası isə münaqişənin sülh yolu ilə həlli məqsədilə vasitəçilik missiyasını öz boynuna götürən ATƏT-in Minsk qrupunun diplomatik fəaliyyəti uğursuz olub. Nəticə etbarilə günahsız insanların qanı tökülməkdə davam edir".

K.G.Vellmann hesab edir ki, lokal hərbi toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməməsi üçün hər zaman orta məxrəcə gəlmək olar: "Təbii ki, ilk növbədə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarını geri çəkməli və bu addım dalana dirənmiş sülh prosesində tərəqqinin baş verməsinə təkan verə bilər".

O, sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsinin nəzərdən keçirilməsinin də mümkün həll variantlardan biri olduğunu vurğulayıb.

Regionun geosiyasi əhəmiyyəti və imkanlarından bəhs edən siyasətçi vuğulayıb ki, Xəzər dənizinin digər sahilindən - Tükrmənistandan başlayaraq Azərbaycan, Gürcüstan və Türkiyənin enerji resursları, yüngül sənaye, tranzit imkanlar və aqrar sektorda geniş imkanlara malik bu ölkələr birgə siyasi xətt yürütsələr, bu halda onlar daha Rusiyadan asılı olmayacaqlar: "Üstəlik, bu ölklələrin mənsub olduqları region dünyanın geosiyasi cəhətdən çəkisi ağır olan və iqtisadiyyatı daim artım templə inkişaf edən statusa sahib çıxa bilər".

Millət vəkili bildirib ki, Azərbaycan böyük qaçqın və məcburi köçkün ordusuna sığınacaq verməklə, regionda böyük humanitar böhranın baş verməməsi üçün əlindən gələni edib: "Demək olar ki, təkbaşına onların bütün problemlərinin həlli işini öz üzərinə götürərək heç bir ölkədən yardım istəmədi. Fikrimcə, məcburi köçkünlərin üzləşdiyi problemlər girdabından qurtulmağın yeganə çıxış yolu onların doğma yurdlarına qayıtması ola bilər. Bu mənada ATƏT-in Minsk qrupunun üzərinə böyük bir iş düşür. Artıq bütün dünya Minsk qrupundan konkret nəticələr gözləyir. Sadə dillə desək, indiyə qədər o, heç nəyə nail olmayıb və ona bəslənilən ümidlər özünü doğrultmayıb".

O, daha sonra vurğulayıb ki, ABŞ, Fransa, və Rusiyanın həmsədr olduqları Minsk qrupunun icra mexanizmləri yoxdur: "Onlar qəbul etdikləri qərarları həyata keçirməkdə çətinik çəkirlər. Bəzən elə təəssürat yaranır ki, Ermənistan Azərbaycanla konstruktiv danışıqlar aparmaqdan boyun qaçırır. Ümumiyyətlə, bu ölkənin siyasi rəhbərliyi buna hazır deyil".

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.