Sərgilər

10-cu Yubiley Qafqaz beynəlxalq "Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar" sərgisi keçiriləcək

14 Mart 2016 11:09
Baxış: 6 590

7-9 aprel 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Qafqaz beynəlxalq "Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar" HOREX Caucasus sərgisi start götürəcək. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan HOREX Caucasus sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Qonaqpərvərlik və qida sektoru Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf edən qeyri-neft sahələrindən birinə çevrilmişdir və buna görə də, Azərbaycanda "BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu", "Şahmat üzrə dünya çempionatı", bir nəfərlik açıq təkərli avtomobil yarışları üzrə "Formula-1" dünya çempionatı, "İslam Həmrəylik Oyunları" və digər çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi mehmanxana, restoran və idman kompleksləri ilə yanaşı, biznes və ticarət mərkəzlərinin də intensiv tikintisinə təkan verir. Bütün bunlar isə HOREX Caucasus sərgisinin nə dərəcədə aktual olduğunu bir daha sübut edir.

Bu il "HoReCa" qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, şəxsi gigiyena vasitələri, peşəkar təmizlik avadanlıqları, qida məhsulları və içkilər təqdim edəcəklər. Ənənəvi olaraq, sərgi istehsalçı şirkətlərlə yanaşı, məhsul təchizatçıları və geniş tərkibli istehlakçılar tərəfindən ziyarət olunur.

Bu gün bütün dünyada mürəkkəb qlobal-iqtisadi durumun mövcud olduğu bir vaxtda, əksər şirkətlər imzaladıqları müqavilələri və tərəfdaşlıq əlaqələrini təkrar nəzərdən keçirir və bu zaman həm qiymət, həm də keyfiyyət baxımından daha optimal təkliflərə üstünlük verirlər. Məhz HOREX Caucasus 2016 sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq. Ənənəvi olaraq, HOREX Caucasus 2016 sərgisi 15-ci Yubiley Azərbaycan beynəlxalq "Turizm və Səyahətlər" (AITF 2016) sərgisi ilə eyni meydançada keçiriləcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.