Eurovision

“Neqativ və şeytan əhvallı geyimdir”

18 May 2021 17:53
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Samirə Əfəndi ölkəmizi "Avroviziya -2021" mahnı müsabiqəsinin yarımfinal mərhələsində təmsil edəcək. İfaçı Niderlandda "Mata Hari" mahnısı ilə səhnəyə 14-cü çıxacaq.

İfaçının dizayner-modelyer Rüfət İsmayıl tərəfindən hazırlanan səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu. Bir çoxları geyimin uğursuz olduğunu bildirib. 

Milli.Az lent.az-a istinadən Samirə Əfəndinin yarımfinal mərhələsindəki geyimi ilə bağlı məşhur simaların fikirlərini təqdim edir:
 

Aparıcı Vüsalə Səid Əyyub qızı zövqlərin müxtəlif olduğunu bildirir:

"Demək, belə lazımdır ki, bu geyimi seçiblər. Samirə istedadlı və çox gözəldi. Nə geyinsə, yaraşacaq. Ölkəmizi layiqincə təmsil edəcək. Məncə, qızımızı tənqid və müzakirə etməkdənsə, dayaq olaq. Bu gecə Samirə Əfəndiyə uğurlar arzulayıram. 

Stilist Samiraldo Samirə Əfəndinin geyiminin darıxdırıcı olduğunu deyir:

"Mahnı dinamikdir. O mahnı və səhnəyə görə geyim çox darıxdırıcıdır. Deyərdim ki, təkrar olunan geyim üslubudur. Samirə Əfəndi yeni sima, yeni səsdir və yeni obraz yaradılmalı idi. Yaxşı olardı ki, dünya şöhrətli dizaynerimiz Rüfət İsmayılov rəngarəng libas hazırlayardı. Onun bütün geyimləri demək olar ki, rənglidir, amma bu dəfə nədənsə ancaq qara rəngdən istifadə edib".

Stilist qeyd edir ki, bu geyimlə uğur qazanmaq çətindir:

"Neqativ və şeytan əhvallı geyimdir". 

Əməkdar artist Elza Seyidcahan Samirənin gözəl ifaçı olduğunu qeyd edir:

"O, bizim balaca qara brilliantımızdır. Dünyanın belə bir vaxtında, pandemiya zamanı Azərbaycanı təmsil etmək ona nəsib oldu. Bir insan haqqında beş yaxşı xüsusiyyət deyə bilmiriksə, tənqid etməməliyik. Samirədə müsbət göstəricilər çoxdur. Əksi olsaydı, seçməzdilər. Məsuliyyətli bir müsabiqəyə qoşulub. İndiki zamanda seçilmək çox çətindir. Ona görə Samirə Əfəndi nə geyinirsə, dinləyicilər, tamaşaçılar onu tərifləsinlər. "Oha" var dağa qaldırar, "oha" var dağdan endirər. Bir-birimizi dağa qaldıraq. Çalışan, zəhmət çəkən, iş görmək istəyənləri ruhdan salmayaq. Əlbəttə, bu mənim şəxsi fikrimdir. İnşallah yaxşı xəbərlərlə sevinərik. Samirə Əfəndi qayıdıb gələndə bəlkə ona gözəl mahnı bəstələdim və klip çəkdirdik. Uğurlar arzulayıram".

Modelyer Şəlalə Maqsudova geyimi uğursuz hesab edir:

"Geyimi ilk görəndə çox qınadım. Çox bərbaddır. Musiqi, səhnə və ifaçıya uyğun seçilməyib. Samirə Əfəndinin boyu kiçikdir və bu geyim onu səhnədə lap da balaca göstərir.

Xanımlarımız da diqqətli olsunlar. Bəstə boylu qadın boy hissəsi bu qədər bağlı olan geyimdən istifadə etməmilidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.