Eurovision

Aİ Belarusu “Eurovision”dan çıxarmaq istəyir

18 Fevral 2021 16:40
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun "Eurovision" mahnı müsabiqəsindən çıxarılması barədə kampaniyaya başlanılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən ölkənin dövlət kanalı olan BTRC-nin Avropa Yayım Birliyindən (EBU) çıxarılması tələb olunur.

Petisiyaya İsveç siyasi partiyası "Liberalerna"nın üzvü Karin Karlsbro başlayıb. O, Avropa İttifaqının Belarus ilə əlaqələr üzrə nümayəndə heyətinin sədr müavinidir.

Karlsbro EBU-nu Belarusda rejimə qarşı əlavə tədbirlər görməyə çağırıb və Belarusun bu il "Eurovision"dan çıxarılmasını tələb edib:

"Avropa İttifaqı təməl insan haqlarını açıq şəkildə pozan şəxslərin siyahısını hazırladı. Bu siyahıda Belarus dövlət yayımının rəhbəri də var. Diktatorluğun hökm sürdüyü bir ölkədə musiqi yarışmasına qatılmağın heç bir mənası yoxdur".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.