Eurovision

Madonna etirazçıların istəyinə məhəl qoymadı

16 May 2019 10:31
2 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur müğənni Madonna İsraildədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, mayın 18-də "Eurovision"un finalında qonaq ulduz kimi səhnəyə çıxacaq.

Sənətçi gecə saatlarında şəxsi təyyarəsi ilə "Ben Guiron" hava limanına gəlib. Onu 135 nəfərlik komandası müşayiət edib. Pop ifaçısı aeroportdan birbaşa qaldığı "Dan" Hotelinə gedib. Bu məqamda bildirək ki, hotelin 5-ci mərtəbəsi tamamilə Madonna üçün ayrılıb.

Xatırladaq ki, "Eurovision"u boykot edən aksiyaçılar Madonnaya məktub ünvanlamış, sənətçinin çıxışdan imtina etməsini xahiş etmişdilər. Lakin müğənni "Musiqini siyasətə alət etməyəcəm" cavabını vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.