Eurovision

“Səni səhnədə yarıçılpaq görmək istəyirik” - İzləyicilərdən kişi müğənniyə

15 Mart 2019 10:09
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Eurovision 2019"da "Truth" mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev sosial media hesabından paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, izləyicilərinə sual ünvanlayaraq "Eurovision"da hansı imicdə olacağı barədə məsləhətlər alıb.

"Üslubum hər zaman daxili vəziyyətimdən və özümü necə hiss etdiyimdən xəbər verir. Mən yaradıram, daha doğrusu yeni obrazlarla oynayıram, çünki bu, mənə özümü göstərməkdə kömək edir. Dostlar, siz məni "Eurovision" səhnəsində necə görmək istəyərdiniz? İmkan yaradın sizin fikirlərinizi oxuyum" deyə, o yazıb.

İzləyicilər isə onu necə görmək istədikləri barədə ifaçıya rəylər yazıblar:

"Səni səhnədə yarıçılpaq görmək istəyirik", "Qaranlıq bir səhnə və sən neon boyalarla səhnədəsən", "Məncə, elə özünüz kimi olun".

Qeyd edək ki, ifaçı Təl-Əvivin "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.