Eurovision

Azərbaycan 6 il sonra o gecəyə qatılır

13 Mart 2019 10:48
0 Şərh     Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan altı ildən sonra Böyük Britaniyada keçiriləcək "London Eurovision Party" tədbirinə dəvət olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqə ərəfəsində müğənni Çingiz Mustafayev "Café de Paris"də səhnəyə çıxacaq. 

12-ci dəfə təşkil olunan yığıncaq aprelin 14-də baş tutacaq. Məlumatı dəbdəbəli gecənin təşkilatçıları "İnfe Azerbaijan"a təsdiqləyib.

Məlumat üçü qeyd edək ki, artıq 13 ifaçı partidə iştirakını təsdiqləyib. Onlar Michael Rice (İngiltərə), Miki (İspaniya), Surie ( İngiltərə- "Eurovision 2018"), Eliot Vassamillet (Belçika), Lake Malawi (Çexiya), Holly Tandy (İngiltərə milli seçim turunun finalisti), Bilal Hassani (Fransa), Magdalena Tul (Polşa), Michela Pace (Malta), PAENDA ( Avstriya), Leonoradır (Danimarka).

Xatırladaq ki,  Azərbaycan tərəfdən sonuncu dəfə sözügedən tədbirə 2013-cü ildə Nigar Camal  qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.