Avropa

ABŞ-da atışma: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

5 Oktyabr 2020 09:18
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Corciya ştatının Atlanta şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, 5 nəfər yaralanıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Fox 5" televiziya kanalı məlumat yayıb.

Naməlum şəxs yerli vaxtla təxminən, saat 16:00-da mağazada olan bir qrup şəxsə odlu silahdan atəş açıb. 

Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.