Avropa

Avropalıların 37 faizi "feyk" xəbərlər oxuyur

27 Mart 2018 20:40
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropalıların 37%-i hər gün reallığı təhrif edən və bilərəkdən yalan informasiyalar yayan "feyk" xəbərlərlə üzləşir. Bu haqda AB-yə daxil olan 28 ölkədə sorğu keçirən Eurobarometer" məlumat yayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, araşdırmaya görə, feyk xəbərlər onlayn-mediada daha çox, qəzet, radio və tv-də isə nisbətən az yayılır. Rəyi soruşulanların 44%-i feyk xəbərlərlə ən çox internetdə rastlaşdıqlarını bildiriblər. 

Əhalinin 71%-i hesab edir ki, onlar xəbərin feyk olub-olmadığını müəyyən etməyi bacarırlar.

Hər 10 nəfərdən 7-si feyk xəbərləri ölkə üçün təhlükəli, 83% isə ümumilikdə demokratiyaya təhdid hesab edib. 45% hesab edir ki, feyk xəbərlərlə jurnalistlər, 39% düşünür ki, hakimiyyət mübarizə aparmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.