Avropa

Avropada yeni terror hədələri

27 İyun 2017 17:46
0 Şərh     Baxış: 1 567

Avropa İttifaqının Polis Xidməti - Avropol Avropada yeni terror aktlarının törədilə biləcəyinə dair xəbərdarlıq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qurumun direktoru Rob Ueynrayt "Neue Osnabrücker Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib ki, Avropada terror təhlükəsi son 20 ildə ən yüksək həddə çatıb və əldə edilən məlumatlar bu təhlükənin getdikcə artacağına işarə edir.

R. Uenrayt qeyd edib ki, təkcə ötən il Avropa ölkələrində 718 nəfər radikal dini qruplarla əlaqəsinə görə həbs olunub. O, Brüssel, Paris və London kimi şəhərlərdə baş vermiş terror aktlarını nəzərə alaraq, bütün Avropa ölkələrində çevik antiterror qüvvələrinin yaradılmasına çağırış edib. Eyni zamanda, terrorda şübhəli bilinən şəxslərin daha effektli şəkildə nəzarətə götürülməsi və izlənilməsi məqsədilə təhqiqatçılara onlayn kommunikasiya xidmətlərinə nəzarət də daxil olmaqla geniş səlahiyyətlərin verilməsi tələb olunub. Müasir dövrdə ünsiyyətin ənənəvi kommunikasiya kanallarından internet üzərinə transfer olunması hüquq-mühafizə orqanlarını yeni çətinliklər qarşısında qoyur və qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasını zəruri edir.

R.Uenrayt Avropada bütün açıq ictimai tədbirlərin, xüsusilə də iyulun əvvəlində Hamburqda keçiriləcək "Böyük iyirmilik" (G20) ölkələrinin sammitinin terrorçular üçün potensial hədəf olduğunu qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.