Elm

AMEA-nın alimi koronavirusdan vəfat edib

16 Dekabr 2020 11:22
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif  Məhərrəmov koronavirusdan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A. Məhərrəmov ötən gün dəfn olunub.

Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur.

2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasyasının məsləhətçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.