Elm

Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb

4 Aprel 2019 19:38
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.

Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.

Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı "Azsaylı xalqların tarixi"dir və "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin isə adı dəyişdirilərək "Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi" şöbəsi adlandırılıb.

Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, "Azsaylı xalqların tarixi" şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.