Elm

"InSight" zondu ilk dəfə Marsın səthini qazıb

3 Mart 2019 09:30
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marsda olan "InSight" zondunun "HP3" qazma qurğusu ilk dəfə olaraq "qırmızı planet" səthini 18-50 santimetr dərinliyində qazıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk dəfə olaraq qazma qurğusu işlədiyi 4 saat ərzində planet səthinə 4 min zərbə endirib.

"HP3" layihəsinin rəhbəri tilman Şpon bildirib: "Qurğu dərinləşərək, çox güman ki, daşa rast gəlib, 15 dərəcə əyilib və ya onu itələyib, ya da ki yan keçib".

"InSight" zondu ötən ilin may ayında start götürüb və noyabrda Marsın "Elysium Planitia" dağətəyi rayonuna enib. Aparat Marsın geoloji quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.