Elm

AMEA-nın institutlarında yeni şöbələr yaradılıb

24 Oktyabr 2018 17:27
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarında yeni şöbələr yaradılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı AMEA-nın Dövlət İdarəçilik Akademiyası ilə birgə keçirdiyi Elmi Şuranın iclasında qərar verilib.

Qərara əsasən, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsi yaradılıb.

İclasda AMEA professorlarının Koordinasiya Şurasının əsasnaməsi də təsdiq edilib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, "Azərbaycan Milli Elmlər Akademiyasının professoru" elmi adı 2017-ci ildə Rəyasət Heyətinin qərarı ilə təsis olunub.

R.Əliquliyev qeyd edib ki, AMEA-nın professorlarının akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaq, AMEA Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrasında, habelə kadr hazırlığında və innovativ fəaliyyətin inkişafında onların fəal iştiraklarını təmin etmək məqsədi ilə Rəyasət Heyətinin müvafiq qərarı ilə AMEA professorlarının Koordinasiya Şurası yaradılıb. Həmin qərara əsasən, AMEA professorlarının Koordinasiya Şurasının əsasnaməsinin layihəsi Rəyasət Heyətinə təqdim edilib.

İclasda Rəyasət Heyəti qeyd olunanları nəzər alaraq şuranın əsasnaməsini və tərkibini təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.