Elm

Havadakı karbon dioksidlə reaksiyaya girərək özünü bərpa edən material hazırlanıb

14 Oktyabr 2018 12:47
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.

Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.

Yeni materialdan qoruyucu dam örtüklərinin və təmir materiallarının istehsalında istifadə etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.