Elm

Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək üçün maraqlı KƏŞF

1 Aprel 2018 17:38
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.

Bildirilir ki, qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa, həmçinin bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər. Sınaqlar zamanı sensorlar distillə edilmiş su, etil spirti məhlulu daxil olmaqla, müxtəlif mayelərin içərisinə yerləşdirilib. Sensorlar, həmçinin onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.

Bu cür sensorlar gələcəkdə tibb sahəsində tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.