Elm

AMEA: Xarici alimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparırlar

14 Fevral 2018 18:02
1 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hinsdistan, Qırğızıstan və Litva alimləri Dağlıq Qarabağ münaqişəsi və girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı elmi araşdırmalar aparırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Bölmənin problemlərindən də danışan N.Axundova əlavə edib ki, gənclərin elmə marağının artması üçün onları stimullaşdırmaq lazımdır. Bunun üçün gənclər elmi tədqiqatlara daha çox cəlb edilməli, onlarla birgə elmi əsərlər yazılmalıdır.

N.Axundovanın sözlərinə görə, kadrların elmi səviyyəsinin artırılması da lazımdır.

Akademik-katib qeyd edib ki, bölmənin alimləri elmin aktual problemləri, təkrarlanmayan, yeni mövzular üzrə araşdırmalar aparmalıdırlar: "Bu tədqiqatlar dünya üçün də maraqlı olmalıdır".

N.Axundova qeyd edib ki, bölmənin elmi müəssisələrində 33 problemi əhatə edən 297 iş üzrə tədqiqatlar aparılıb, 57 mövzu üzrə 228 iş tamamlanıb. Ötən il bölmənin elmi müəssisələrinin işçilərinin əsərlərinə 850 istinad edilib, əməkdaşların impakt faktorlu jurnallarda 39 məqaləsi çap edilib. Hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 nəfər dissertasiya işi müdafiə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.