Elm

Azərbaycanlı alim Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçildi

4 İyul 2017 18:18
0 Şərh     Baxış: 4 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologlar Cəmiyyətinin prezidenti, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.

Milli.Az xəbər verir ki, Fiziologiya İnstitutundan Trend-ə verilən məlumata görə, U.Həşimova bu vəzifəyə Astana şəhərində Qazaxıstan Prezdenti İşlər İdarəsi Tibb Mərkəzinin Qazaxıstanının Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyası ilə bigə təşkil etdiyi Herontoloqların II Avrasiya Qurultayında seçilib. Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Tədbirdə U.Həşimova Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.