Elm

Nobel mükafatçısından siqaret çəkənlərə XƏBƏRDARLIQ - "Faydası olmayacaq"

14 İyun 2017 12:33
0 Şərh     Baxış: 5 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.

Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb.
  
A.Sancar özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: "Biz özümüz tütün əleyhinə geniş kampaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.