Təhsil

"Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq" - Direktor

10 Avqust 2020 13:01
Baxış: 2 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ərzində peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərinə görə, ölkə başçısının qoyduğu istiqamətlərə uyğun olaraq peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, köhnəlmiş və lazımsız ixtisasların isə tədrisi dayandırılacaq.

P.Yusifov qeyd edib ki, bu il, həmçinin ilk dəfə olaraq yüksək texniki peşə təhsili səviyyəsi olaraq 2 ixtisas üzrə qəbul həyata keçiriləcək, bunlar nəqliyyat vasitələrinin istismarı və informasiya texnologiyaları ilə bağlı ixtisaslar olacaq:

"İxtisaslı kadrların hazırlanması üçün qısamüddətli təlimlər vasitəsilə peşə təhsili və təliminin əhatə dairəsinin genişləndirilməsi builki digər hədəflərimizdəndir. Burada, ilk növbədə, məsafədən, mümkün olduğu halda isə kiçik qruplar halında əmək bazarının tələblərinə uyğun kursların keçirilməsi planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.