Təhsil

Bakı Ali Neft Məktəbi “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirəcək

24 İyul 2020 17:32
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə "Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar" mövzusunda vebinar keçiriləcək. "Zoom" platforması üzərindən təşkil olunacaq vebinarda pandemiya dövründə məsafədən tədrisin və onlayn qiymətləndirmənin keyfiyyətli şəkildə təşkili ilə bağlı təqdimatlar olacaq və fikir mübadiləsi
aparılacaq.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş katibi Eden Mamut vebinarda açılış nitqi ilə çıxış edəcəklər. 
İstanbul Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Fuat Aydın, Elm və tədqiqat işləri üzrə prorektoru Alper Ünal, İnformasiya texnologiyaları Mərkəzinin müdiri Cüneyt Tantu isə məruzəçi qismində təqdimat edəcəklər.

Vebinarda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin, eləcə də Bakı Ali Neft Məktəbinin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələri iştirak edəcəklər. Ümumilikdə vebinara 200-dən çox iştirakçı qatılacaq.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.