Təhsil

Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub

10 Aprel 2020 14:30
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdəki ümumi təhsil müəssisələrinin 85%-i Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Qeyd edilir ki, hesabat ilində 100-dən çox müəssisə ölkə üzrə internetə və ATŞ-ə qoşulub. Ümumilikdə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib.

İKT-nin təhsil prosesində tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə həyata keçirilən tədbirlər intensiv davam etdirilib, təhsil müəssisələrinə 1100 ədəd proyektor, 9865 ədəd noutbuk, 450 ədəd elektron lövhə verilib, 30 ümumi təhisil müəssisəsi "Lego Education" təhsil robotları ilə, sağlamlıq imkanları məhdud 250 nəfər uşaq noutbukla təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.