Təhsil

Bakı Ali Neft Məktəbi Layihə İdarəetmə Məktəbinə dinləyici qəbulu elan edir

8 Aprel 2020 16:41
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) ABŞ-ın Corc Vaşinqton Universitetinin magistratura proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni qrupu üçün artıq qeydiyyat başlanıb.

Böyük Britaniyanın "TwentyEighty Strategy Execution" (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən Layihə İdarəetmə Məktəbinin növbəti dərslərinə 24 aprel tarixindən start veriləcək. Layihə çərçivəsində yerli dinləyicilərə bir çox güzəştləri özündə ehtiva edən Təqaüd Proqramı təklif edilir.

SPM-in məqsədi layihə menecmenti üzrə təhsil almaq istəyən, lakin xaricdə təhsil almağa
zamanı və imkanı olmayanlara elə Bakıda bu sahə üzrə dərin biliklərə yiyələnməklərinə şərait
yaratmaqdır.

Bu beynəlxalq proqramı uğurla başa vuran iştirakçılar sonda Corc Vaşinqton Universitetinin
magistr sertifikatını əldə edirlər. Bundan başqa, proqram üzrə tədris edilən hər bir modul (təlim)
üzrə də Corc Vaşinqton Universitetinin sertifikatları təqdim edilir.
Qeyd edək ki, Layihə İdarəetmə Məktəbində "Layihələrin idarə edilməsi", "Qrafik və xərclərə
nəzarət", "Risklərin idarə edilməsi", "Layihəyə rəhbərlik, menecment və kommunikasiya", "Layihə
rəhbərləri üçün keyfiyyət", "Layihə idarəetməsinin tətbiqi mexanizmləri", "PMP imtahanına
hazırlıq", "Layihə menecerləri üçün danışıq aparma bacarıqları" kimi modullar tədris edilir.
İştirak etmək istəyənlər www.spm.az saytında qeydiyyatdan keçə və daha ətraflı məlumat
üçün (+99450) 843 30 62 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.