Təhsil

Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

6 Aprel 2020 19:00
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin tələbələri "Khan Academy Azərbaycanca" tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən "Quarantine" adlı tərcümə "Hackathon"unda qalib olub. 

Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi "My bed panic" komandası yarışmada II yerə layiq görülüblər.

"Hackathon" çərçivəsində iştirakçılar "Khan Academy"nin xüsusi sistemində riyaziyyat, kimya, biologiya, incəsənət, fizika, tibb və s. kimi mövzularda olan kontentləri ingilis dilindən Azərbaycan dilinə tərcümə ediblər.

8 gün davam edən "Hackathon"da Ali Məktəbin "My bed Panic" komandası 360 000-dən çox söz tərcümə etməyə nail olub.

İlk 3 yerə sahib olan komandanın üzvlərinə hədiyyə paketi təqdim olunacaq. Qeyd edək ki, yarışda 10-dan çox tərcüməçi komandası qalibiyyət uğurunda mübarizə aparıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.