Təhsil

Müəllim olmaq istəyənlərə şad xəbər

18 Yanvar 2020 16:40
5 Şərh     Baxış: 4 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti tədris ili (2020/21) üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq (cəmi - 60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, "Təhsil haqqında" AR Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından, qaydalarda sözügedən dəyişiklik edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.