Təhsil

Bir sinifdə 45 uşaq - Yeni məktəb tikintisi problemi aradan qaldıracaqmı? - VİDEO

29 Oktyabr 2019 12:21
0 Şərh     Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həm paytaxtda, həm də paytaxtdan kənar məktəblərin bir çoxunda şagird sıxlığı ilə bağlı müəyyən problemlər yaşanır. Bu məsələ ilə bağlı Təhsil Nazirliyi artıq hərəkətə keçib və problemin aradan qaldırılması üçün müəyyən işlər görülür. Məsələnin həll yolu kimi ən alternativ variant məktəblərin sayının artırılması hesab edilir.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin şöbə müdiri: "Sentyabr ayının 15-i 43 məktəb artıq təhvil verilmişdir. Onlardan 15-i modul tipli məktəbdir, qalanları yeni tikinti və təmir olunan məktəblərdir. Ümumiyyətlə, ilin sonuna 84 məktəbin təhvil verilməsi gözlənilir. Digər məktəblərdə tikinti quraşdırma işləri və modul məktəblərdə quraşdırılma işləri davam edir.

Həm mərkəz, həm də mərkəzdən kənar ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir. Lakin hələlik ən çox şagird sıxlığı yaşanan ərazilərdə bu problemin həllinə çalışılır.

Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin şöbə müdiri: "Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 1600 yerli məktəbin tikilişlərinə başlanmışdır. Xırdalan şəhərinin 3 saylı məktəbin ərazisində 1200 əlavə şagird yerli korpusun tikintisinə başlanmışdır. Bu işləri 2020-ci ilin sentyabr ayına yekunlaşdırmağı planlaşdırırıq".

Bəs məktəblərin sayınını artırılması bu problemin həll yolu olacaqmı?

Elşən Qəmbərov - Təhsil üzrə mütəxəssis: "Bakı məktəblərində hər il təxminən 10 min nəfərə yaxın 1-ci sinifə əlavə sənəd verilir, bu da o deməkdir ki, bir məktəbdə də deyək ki, 1000 nəfərlə götürsək, bu, 50 sinif otağıdır və orta hesabla Bakıda hər il 10 məktəb tikilməlidir ki, bu problem kökündən həll olunsun".

Təhsil eksperti Kamran Əsədov isə məsələnin başqa bir həll yolunu təklif edir: "Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün çox rahat bir vasitə var. Belə ki, biz orta ümumtəsil məktəblərində tədrisi 2 növbəli həyata keçirməliyik, yəni xüsusən şagird sıxlığı yalnız ibtidai siniflərdə müşayiət olunur, yəni 1-ci 4-cü siniflərdə. Ona görə də yaxşı olar ki, biz 1-ci 4-cü siniflərdə dərsləri 2-ci növbə həyata keçirək".

Qeyd edək ki, bir müddət əvvəl təhsil naziri Ceyhun Bayramov da bildirmişdi ki, bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Şagird sıxlığı illərdir yaranan problem olduğu ücün onun qısa müddətdə həlli real görünmür. Amma aidiyyəti qurum bu istiqamətdə işlərə başlayıb. Nəticəsini isə zaman göstərəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.