Təhsil

Təhsildə kimlərin hərbi möhlət hüququ var? - Nazir danışdı

17 Oktyabr 2019 12:58
0 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırlıq qruplarının təşkil edilməsi üçün ali təhsil müəssisələrinə tələbələr tərəfindən müraciətlər olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, normativlərə uyğun olaraq ali təhsil müəssisələri hazırlıq qruplarını təşkil edə bilərlər.

C.Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən, hazırlıq qrupları səviyyəsində təhsil alan oğlanların hərbi möhlət hüququnun olmasına dair hər hansı bir norma yoxdur:

"Hazırlıq qrupunda təhsil aldıqda qanunvericiliyə əsasən hərbi xidmət çəkməlisən. Ali təhsilin bakalavriat və magistraturaya qəbul olan tələbələr hərbi möhlət hüququ qazanırlar".

Hazırlıq qrupları ilə bağlı təhsil haqqı məsələsinə gəldikdə isə nazir bildirib ki, bu məsələ dövlət tərəfindən tənzimlənmir: "Çünki burada dövlət sifarişi hazırlıq qrupu ilə bağlı deyil. Deməli bu, ödənişli əsasla həyata keçirilir. Ödənişli əsasla da həyata keçirildiyi üçün bu, təhsil müəssisələri tərəfindən müəyyən edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.