Təhsil

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

16 Oktyabr 2019 14:19
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası səhnələşdirilib.

Milli.Az bildirir ki, musiqili komediya bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları
yatağının 70 illiyinə həsr olunub. Operetta 23 oktyabr 2019-cu il tarixində saat 18:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaqdır.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır. Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri çıxış edir. Bu, Ali Məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM
tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşaya qoyulub.

Qeyd edək ki, "O olmasın, bu olsun" 1910-cu ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və bu, bəstəkarın musiqili komediya janrında yazdığı ikinci əsəridir. Dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi-muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.