Təhsil

Müəllimlərin işə qəbulu müsabiqəsi davam edir

22 Avqust 2019 11:15
1 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 22-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibədə 760 namizədin iştirakı gözlənilir.

Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Müsahibələr avqustun 23-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.