Təhsil

Olimpiada qalibləri yanız bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI

22 May 2019 14:24
0 Şərh     Baxış: 1 834

Azərbaycanda respublika fənn olimpiadalarının qalibləri ölkədəki ali təhsil müəssisələrində 84 ixtisasa müsabiqədənkənar qəbul olunacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nda öz əksini tapıb.

Qeyd edilir ki, Riyaziyyat fənni üzrə olimpiada qalibi olmuş abituriyentlər 30 ixtisasa müsabiqədənkənar qəbul oluna biləcəklər.

Respublika fənn olimpiadalarının qaliblərinin Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olacağı ixtisasların siyahısını təqdim edirik:

Azərbaycan dili və ədəbiyyat fənni üzrə:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

2. məktəbəqədər təlim və tərbiyə;

3. ibtidai sinif müəllimliyi;

4. korreksiyaedici təlim;

5. filologiya (dil və ədəbiyyat göstərilməklə);

6. jurnalistika;

7. kitabşünaslıq;

Tarix fənni üzrə:

1. tarix;

2. tarix müəllimliyi;

3. tarix və coğrafiya müəllimliyi;

4. antropologiya;

5. politologiya;

6. fəlsəfə;

7. kitabşünaslıq;

8. sosiologiya;

9. muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;

Coğrafiya fənni üzrə:

1. coğrafiya;

2. coğrafiya müəllimliyi;

3. tarix və coğrafiya müəllimliyi;

4. regionşünaslıq (regionlar üzrə);

5. ekologiya;

6. hidrometeorologiya;

Riyaziyyat fənni üzrə:

1. riyaziyyat;

2. riyaziyyat müəllimliyi;

3. riyaziyyat və informatika müəllimliyi;

4. mexanika;

5. kompüter elmləri;

6. kompüter mühəndisliyi;

7. mexatronika və robototexnika mühəndisliyi;

8. enerji maşınqayırma mühəndisliyi;

9. maşın mühəndisliyi;

10. geofizika mühəndisliyi;

11. neft-qaz qurğuları mühəndisliyi;

12. elektroenergetika mühəndisliyi;

13. istilik energetikası mühəndisliyi;

14. avianəqliyyat istehsalatının təşkili mühəndisliyi;

15. aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi;

16. hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;

17. hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi;

18. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;

19. yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;

20. cihazqayırma mühəndisliyi;

 

21. texnoloji maşın və avadanlıqlar mühəndisliyi;

22. elektrik mühəndisliyi;

23. elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;

24. mexanika mühəndisliyi;

25. kompüter mühəndisliyi;

26. informasiya texnologiyaları və sistemləri mühəndisliyi;

27. inşaat mühəndisliyi;

28. nəqliyyat tikintisi mühəndisliyi;

29. tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi;

30. statistika;

Fizika fənni üzrə:

1. fizika;

2. fizika müəllimliyi;

3. mexanika;

4. geofizika mühəndisliyi;

5. elektroenergetika mühəndisliyi;

6. elektrik mühəndisliyi;

7. materialşünaslıq mühəndisliyi;

Kimya fənni üzrə:

1. kimya;

2. kimya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. qida məhsulları mühəndisliyi;

Biologiya fənni üzrə:

1. biologiya;

2. biologiya müəllimliyi;

3. kimya və biologiya müəllimliyi;

4. ekologiya;

5. balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

6. su bioehtiyatları və akvabitkilər;

7. bitki mühafizəsi;

8. aqronomluq;

9. zootexniklik;

10. baytarlıq;

11. psixologiya;

12. qida məhsulları mühəndisliyi;

İnformatika fənni üzrə:

1. riyaziyyat və informatika müəllimliyi;

2. informatika müəllimliyi;

3. kompüter elmləri;

4. kompüter mühəndisliyi;

5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;

6. informasiya texnologiyaları;

7. sistem mühəndisliyi;

8. mexatronika və robototexnika mühəndisliyi.

Qeyd edək ki, qaydaya əsasən, respublika fənn olimpiadalarının qalibləri dedikdə, IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər nəzərdə tutulur.

Beynəlxalq fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu "Təhsil haqqında" qanununa uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilmiş bütün ixtisaslar üzrə aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.